Güney Azərbaycan’daki Son Tutuqlama Dalğası İlə Bağlı Etiraz Aksiyalarına Dəvət
3 July 2010
Bütün Dünya Azərbaycanlıları və Hürriyət Sevərlərinə Müraciət;
Bir halda ki Güney Azərbaycan Türk Milləti’nin xələf övladları millətimizin milli haqları uğrundaki demokratik mücadilələlərini tamami ilə sivil və şiddətdən uzaq yollardan irəli aparırlar, illərdir ki geriçi-irqçi İran rejimi bu özgürlükçü mücadiləyə qarşı basdırma və şiddət yola getməkdədir. Son həftələrdə isə basqıçı və xalq düşməni bu rejimin Güney Azərbaycan Milli Hərəkəti fəalları əleyhində ki basqı və təzyiqlərinin çox daha artdığına şahid olmaqdayıq. Tehran rejimi yeni bir adam oğurlama, ihzar, sorğulama və tutuqlama dalğası başladaraq Azərbaycan Milli Hərəkəti’ni basdırmaq yönündə yeni bir aşamaya girdiyini açıqca ortaya qoymaqdadır.
Son bir neçə həftə içərisində onlarca tanınmış Azərbaycanlı siyasi və mədəni fəal, jurnalist, yazar və insan haqları savunucusu iş yaxud yaşam yerlərindən oğurlanıb vəya əmniyət organlarına çağrılaraq göz altına alınıblar. Yayınlalan bilgilərə görə tutuqlanan soydaşlarımızn çoxu ğeyri insanı davranışlara tabe tutulub hətta bir çoxu fərqli fiziksəl və psikolojik işkəncələrə məruz buraxılıblar. Habelə rejimin təhləkəsizlik servisləri təhdid və hədələmə ilə tutuqluların ailələrini susdurmağa çalışıblar.
Bu bir haldadır ki, Fars dilli medya və sözdə İrançı fikri və siyasi axımlar, o cümlədən özgürlük və demokrasidən dəm vuran Yaşıl Hərəkət’ə mənsub vəya yandaş şəxsiyətlər və quruluşlar, keçmişdə olduğu kimi bu gün də bu zülümlərə göz yumaraq Azərbaycanlı özgürlükçü mübarizlərin əzilməsini, ən kiçik bir reaksiya belə göstərmədən, tamaşaya durublar. Mərkəziyətçi axımlar beləliklə azadlıq, demokrasi və insan haqlarından olan əksik və irqçi tanımlamalarını bir daha gözlər önünə sərib, ayrımcı davranışları ilə rasist görüşlər baxımından və mahiyətcə rejimdən bir fərqlərinin olmadığını bir daha sübüt edirlər.
İndi isə, bu günkü həssas tarixi anda millətimizin məzlümiyət səsini dünyaya duyuraraq millətimizə qarşı görəvimizi və borcumuzu yerinə gətirmək bizim, yani xaricdəki Güney Azərbaycan Milli Hərəkəti fəallarının, üzərinə düşməkdədir. Suçları sadəcə zülüm və istismar altındaki millətmiz üçün bir nəbzə olsun özgürlük və insanlıq haqqı tələb etmək olan millətimizin məhbus övladlarının haq bağıran səsi olmaq vəzifəsi əlbəttə ki bizim üzərimizə düşməkdədir. O xələf övladlar ki geriçi və rasist dövlət cövründən əlavə sözdə hürriyətçi! Yaşılçıların da boykot və təzvir dolu səssizlikləri ilə də qarşı qarşıyadırlar. Bu gün o təhlükə dolu andır ki vətən bizi görəv başına çağırır.
Bu vəsilə ilə biz, Türkiyə’də yaşayan bir grup Güney Azərbaycan Milli Hərəkəti fəalı olaraq yurd dışında yaşayan bütün milli fəalları və habelə bütün dünya hürriyət sevərlərini geriçi-irqçi İran rejiminin Güney Azərbaycan Türk Milləti və Güney Azərbaycanlı siyasi-mədəni fəalları əleyhində uyğuladığı insanlıq dışı və basqıçı siyasətlərinə qarşı səssiz və təpkisiz qalmamaya çağırırıq və bildirik ki, bu zülümlərə laqeyd qalmaq İran rejiminin daha da ürəklənməsinə və tutuqlu fəallara daha çox əziyət çəkdirməsinə nədən olacaqdır.
Biz bütün Azərbaycanlı fəallardan istəyirik ki, Azərbaycan Milləti’nin dirəniş simgəsi olan Babək’in doğum günü və bu münasibətlə qurulan milli qurultayların il dönümü günlərinə də rast gələn, 5 ila 12 İyul (14 ila 21 Tir) günlərini “Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Həftəsi” adlandıraraq bu həftə içərisində yaşadıqları ölkədə BMT binası önünündə toplanıb İran hakimiyətinin irqçi və zalimcə siyasətlərinə qarşı etrirazlarını bütün dünyaya çatdırsınlar. Şübhəsiz bütün milli hərəkət fəallarının birgə və bir bütün olaraq hərəkət etməsi milli hərəkətimizin fəzasına hakim olan milli iradə və toplu şuurun bir göstərgəsi olacaqdır və millətimizin məzlumiyətini daha uca və duyula bilən bir səslə bütün dünya ictimaiyyatına çatdıracaqdır.
Habelə bildiririk ki, Türkiyə’də yaşayan milli hərəkət fəalları Cuma 9 İyul (18 Tir) saat 15:30’da Ankara’da BMT’nin mərkəz ofisinin qarşısına toplanaraq öz etiraz və ədalət tələblərini yazılı olaraq Birləşmiş Millətlər Təşkilatı məqamlarına təslim edəcəklər.
Bütün siyasi məhbusların azadlığı diləyi ilə
Yaşasın Güney Azərbaycan Türk Milləti
Yaşasın Güney Azərbaycan Milli Hərəkəti
*Xaricdə yaşayan bütün Azərbaycanlı fəallardan rica olunur daha artıq bilgi və koordinasyon üçün aşağıdaki adreslə əlaqə saxlasınlar.
free.south.az@gmail.com |