شنبه, 13 شهريور 1389 جستجو مصاحبه بخش ویژه بیانیه یادداشت سیاسی مقاله خبر صفحه اول
Traxtor - Piruzi qarşılaşmasının olayları Fars ırqçılığının gerçek üzünü ortaya qoydu

Saatlarla qarşılaşmadan öncə stadyumda hazir olan minlərlə traxtorçu rəqibin söyüşlərinə baxmayaraq milli şuarlar səsləndirməyə başlamışdılar. İntizami məmurlar isə stadyuma girmək istəyən Traxtorçuların Türkcə parçalar və afişlərini alaraq içəri aprmağa imkan vermirdilər. 

Traxtor - Piruzi qarşılaşmasının olayları Fars ırqçılığının gerçek üzünü ortaya qoydu

28.07.2010

 

 

Güney Azərbaycanda futbol həyəcanı yenidən başlandı, ancaq...

Güney Azərbaycanın milli taxımı kimi dəstəklənən Traxtor Futbol taxımı İran superliginin birinci həftəsi çərçivəsində Tehranın Piruzi Futbol taxımı ilə qarşılaşdı. Tehranın Azadi (Azadlıq) stadyumunda keçirilən qarşılaşmada ev sahibləri 1-0 hesabı ilə qalib gəlsələr də təəsüfləndirici səhnələr nümayiş etdilər.

Tehran vaxtı ilə saat 19:40-da başlanan qarşılaşmanı 50000 min nəfər yaxından izləyirdilər. Bu tedadın yarısından çoxunu Traxtorçular oluşdururdular. Bu gerçəyə dözə bilməyən rəqib tərəfdarlar isə tohin etməyə başladılar.

 

Gərginlik qarşılaşmanın ilk saniyələrindən başladı

 

Saatlarla qarşılaşmadan öncə stadyumda hazir olan minlərlə traxtorçu rəqibin söyüşlərinə baxmayaraq milli şuarlar səsləndirməyə başlamışdılar. İntizami məmurlar isə stadyuma girmək istəyən Traxtorçuların Türkcə parçalar və afişlərini alaraq içəri aprmağa imkan vermirdilər. 

Qarşılaşmanın ilk saniyələrində intizami quvvələr çox çətinliklə içəri aparılan "Türk dilində mədrəsə, olmalıdır hər kəsə" məzmunlu parçanı tərəfdarların əlindən almaq istəyəndə onlarla Traxtorçuların arasında qarşıdurma yarandı. Bu qarşıdurma İran televizyonunun kameralarından uzaq qalmadı. Qeyd edək ki bu olay geçən il eynən Traxtor - İstiqlal qarşılaşmasında da yaşandı.

 

Traxtorçular milli şuarlar səslədi, onlarsa söydülər

İran televizyonu müxtəlif yollarla Traxtor tərəfdarlarının səslərini kəsməyə çalışsa da 25000-dən artıq Traxtorçunun "Yaşasın Azərbaycan" və "Azərbaycan var olsun, istəməyən kor olsun" kimi səsləndirdikləri şuarları televizyondan eşitmək mümkün idi.

Bütün bu milli şuarlarla bərabər Piruzinin tərəfdarları Türk millətinin təhqirini amaclayan söyüşlər və tohinlər səsləndirirdilər.  46-cı dəqiqədə Piruzi qolunu vurduqdan sonra bu tohinlər o qədər vüsət aldı ki İran televizyonu stadyumun səsini tamamən kəsməyə məcbur oldu. İran üçüncü kanalının aparıcısı isə şiddətli tohinlər və söyüşlərə görə səsin kəsdirdiyini bildirdi.

Irqçı insanların etdiyi tohinlərin bir kiçik bölümünü izləmək üçün buraya tıklayın.

 

Hakimlərin Traxtora qarşı qərəzli qərarları davam edir...

Traxtorçular geçən il də hakimlərin qərəzli qərarlarının şahidi olublar. Dünənki qarşılaşmada isə hakim Məsud Muradinin aşkar səhvləri və qərəzli qərarları Traxtor tamaşaçılarını gerçəkdən rahatsız edib. Hakimin belə qərarları taxımın baş məşqçisi Fəraz Kəmalvənd və tanınmış Azərbaycanlı oyunçusu Rəsul Xətibinin etirazlarına səbəb olub.

 

Polis Traxtorçuların etirazlarına sərt şəkildə təpki göstərdi

Stadyumdakı tamaşaçıların verdiyi məlumata görə polis əməkdaşları Traxtorçuları gözyaşardıcı qazla təhdid ediblər. Sonra isə Traxtor tərəfdarlarına hücum edərək onların bir neçəsini döyüblər. Qarşılaşma bitdikdən sonra Traxtorçular stadyumun eşiyində Piruziçilərin əl bombalarına məruz qalıblar.

Milli hərəkət saytları isə adları məlum olmayan bir neçə Traxtor tərəfdarının tutuqlanmasından xəbər verirlər. Qeyd edək ki Türklərin stadyumun ətrafındakı xiyabanları etiraz səhnəsinə çevirməsindən qorxan polis məmurları stadyumdan Azadi (Azadlıq) meydanına qədər xiyabanları ciddi nəzarət altına alıblar.

 

Xəbər ajansları olayları tamamən tərsinə göstərməyə çalışdılar

Qarşılaşmadan sonra edilən tohinlərə görə Türk millətinin üsyanından qorxan şovinistlər yaşanan olayları tatamən tərsinə göstərməyə çalışdılar. Belə ki bütün xəbər ajansları və saytları (o cümlədən Fars xəbər ajansı, İrna xəbər ajansı, Goal saytının Farsca bölümü və ...) "Traxtor tərəfdarları söydülər" yazdılar. Xəbər ajansları və hətta qəzetələrin belə yalanları Güney Azərbaycan Türklərini ciddi şəkildə qəzəbləndirib. Onlar "Bu yalan xəbərlərlə Tarxtoru məhrum elətdirmək istəyirlər" deyirlər.

 

Traxtorçular 2 həftə Səhənd stadyumuna getməkdən məhrum oldular

Onların təxmin etdikləri çox sürətlə gerçəkləşdi. Belə ki İran Futbol Federasyonunun inzibati komitəsi Traxtor tərəfdarlarını etdikləri tohinlərə (!!!) görə 2 həftə öz stadyumlarına hazir olub taxımlarını dəstəkləməkdən məhrum etdi. Traxtorun oyunçusu Rəsul Xətibinin isə hakimə etdiyi etirazlara görə 2 həftə taxımdan uzaq qalacağı bildirilir.

Bu hökmlər bir haldadır ki Türk millətinin inanılmaz tohinlərə məruz qoyan Piruzi tərəfdarları yalnız bir həftə məhrum olunublar.

 

Güney Azərbaycanlılar aksiya keçirməyə hazır olurlar

Səslənən söyüşlər və oxunan hökmlər Türklərin arasında qəzəb və nifrət dalğası yaradıb. Belə ki Güney Azərbaycanən bütün şəhərlərində Traxtorçular və milli fəallar Təbrizdə etiraz aksiyası keçirməyi planlaşdırırlar. Milli Hərəkət saytlarının verdiyi məlumata görə Futbol Fedrasyonu Traxtor əleyhinə verdiyi hökmləri ləğv etməsə bazar günü saat 17:30-da Təbrizin Saat meydanında geniş miqyaslı aksiya keçiriləcək.

 

http://www.canaz.tv/haber/4345-guney-azerbaycan-xeberleri-traxtor-piruzi-qarsilasmasinin-olaylari-fars-irqci.html