شنبه, 13 شهريور 1389 جستجو مصاحبه بخش ویژه بیانیه یادداشت سیاسی مقاله خبر صفحه اول
Pejak-la görüş! - Böyük Rəsuloğlu
Azərbaycan Türk millətinin çağdaş milli hərəkatının az müddətdə böyük başarılar qazancının bir, bəlkə ən əhəmiyətli səbəbidə onun demokratik olması, beynalxalq hüquq normalarına uygunluğudur. Tehrandaki fars hakimiyəti və onun alternativləri bu dəyəri anladıqlarına görədir ki, çeşitli vasitə və hiləgəranə siayətlərlə, bir yandan bu kəsərli silahı əlimizdən almağa çalışır bir yandan da bizi rejim davasının quyruğuna bağlamaq istəyir.

Pejak-la görüş! -  Böyük Rəsuloğlu

 

25 temmuz 2010

Azərbaycan Türk millətinin çağdaş milli hərəkatının az müddətdə böyük başarılar qazancının bir, bəlkə ən əhəmiyətli səbəbidə onun demokratik olması, beynalxalq hüquq normalarına uygunluğudur. Tehrandaki fars hakimiyəti və onun alternativləri bu dəyəri anladıqlarına görədir ki, çeşitli vasitə və hiləgəranə siayətlərlə, bir yandan bu kəsərli silahı əlimizdən almağa çalışır bir yandan da bizi rejim davasının quyruğuna bağlamaq istəyir. Ayağa qalxmış bir milləti zorla sındırmaq, basqılarla əzmək mümkün olmayıb, olsa da geçici sifətini daşımışdır. Hələ, yüksək qabiliyətili Azərbaycan Türkünün, siaysi geçmişi və cananə müqavimətinin bütün hücumları ağıl qalxanı ilə sovacağı gün kimi aydındır. Geçən 20 ildə üzərimizdəki basqılarnın, asdı-kəsdi siaysətlərinin qarşısında, gənclərimizin göstərdiyi dirəniş bu iddeanın bir sübutudur. özəlliklə son aylarda tutulan soydaşlarımızın, sınmadan- qırılmadan  qollarındakı zəncirləri çeyniyərək qıracaqları, zalim hakimiyətin yuxusunu qaçırmış. Ona görədə, çeşitli şayiələr yayaraq, psikolojik basqıları sınamağa üz döndərmişdir. Əllərində olan bütün imkanlara baxmıyaraq, birey və toplumun sosyodurumunu diqqətlə araşdırmalarına baxmıyaraq, geçən 100 ildə millətimizin başına gətirdikləri haqsızlıqların yaratdığı müqavimət gücünü ölçməkdən acizdirlər. Ama bir şeyi anlamışlar, fərdlər çətinliklərə düşmədən öncə çəkinsələr də, tuşlaşdıqdan sonra aşılacağının yolunu tapıp aşdıqlarına görə ruhən yüksəlirlər. Başqa ifadə ilə, zindanlarda çəkilən acıları inkar etməməklə birlikdə, çəkilərkən ağırlığının itirilməsi fəlsəfəsi inkar edilməzdir. Bu isə, insanlarımızın psikolojisində müsbət təsir qoyduğuna görə sosyopsikolojsini də yüksəldir. Özəlliklə, zindan xaricindəki quvvələrin ardıcıl müdafəsi bu dirəniş və yüksəlişi zirvəyə çatdıraraq qurtuluş günün yaxınlaşdırır.

Onun üçündür ki, fars hakimiyəti yeni metodlarla, psikolojik uygulamalarla, səflərimizi ayırmağa və içimizdə gərginlik yaratmağa çalışmaqdadır.

Sayın Riza bəy Türkün yazısını oxurkən, bir çox dəyərli fikirlərinə qoşulmaqla birlikdə, hər hansı bir Azərbaycanlının vəya Azərbycan təşkilatının “Pejakla” görüşmə şayiəsini də bu katagoridə görürəm. Özəlliklə, son zamanlar tutulanların bir bölümünü çoxdan tanıdığıma görə, onların milli haqlarımızı ən yumuşaq formasında və tam demoktratik usullara dayanaraq, hətta anayasa çərçivəsində istədiklərini bildiyimə görə bu şayiələrə qətiyətlə inanmamaqdayam. Həmən artırmalıyam ki “ Şayiəni düşmən salar, dost yayar”. Atalarımızın bu sözünü unutmuyaq” sözü at yerə özü gövərər.

Qaldı ki, rasizmin boyunduruğu altında inləyən millətimizin ayılmış cavanlarının hissiyatını nəzərdə alaraq, bu şayiəni eşidəndən sonra, daxil və xaricdə adı çəkilən qurum və fərdlərlə ilişkiyə geçərək araşdırdım. Bu insanlar və qurumun, belə bir görüşdə olmadıqlarını öz ağızlarından eşitdim. Hətta, Səhənd top meydanındakı məlum olayda, o 2-3 nəfərin yaratdığı hadisə ilədə ilişkilərinin olmadığı aydınlaşmışdır.

Kürd dəstələrinin aşırı şovinist tərkibi, özəlliklə İraq-ın şumalındakı aşırı cərəyanın bu gülünc iddealara arxa çıxması, əlbətdəki millətimizi tidərgin edir. Bunun yanında geçmişdə Urmuda baş verənləri və o bölgənin acı tarixi, ara qarışan zamanlar Kürd hucumlarının Türk insanının mal və canına qıymasını dərindən bilən sayın Riza bəy Türk kimi gənclərimizin nigarançılığı yersiz deyildir. Özəlliklə bu dəstələrin aşırı təbliqatı və topraq iddealarını göstərən xəritələrinin yığışmadan öncə, bəzi Azərbaycanlı şəxs və qurumların onlarla iş biriliyinə getməsi “ ağacı içindən qurd yiyər” misalina bənzədiyinə görə durum dəyərləndirilir. Bu insanların və bəzi təşkilatlarımızın “ əsas düşmənimiz fars şovinizmidir, başqa xalqlarla duruşaraq qeyri fars millələrin gücünü azaltmamalıyıq” təbliqatı, probləmi da ha da sıx düyünləyir. Bu təbliqatı aparanlar bilərək və ya bilmiyərək yanlış çızgıdə yeridiklərinə görə, ürəyi yanan gənclərimizi da ha quşqulandırır. Çünki, millətlər arasında gərginlik yarandıqca fars ırqçılarının işinə yaracağı aydın olduğu kimi bu gərginliyi yaradanlarında kim olduğu gün kimi aydındır. Səbəbkarı danlamaq yerinə öz millətmizə arxa çevirməyin böyük ziyanları indidən ölçülməli və onların önünün alınması üçün tədbirlər görülməlidir. 

Tarixi düzgün dəyərləndirməsək, hadisələri düzgün tərəzidə ölçməsək, başımızı qara quylayıb xəyalat qanadları ilə uçarsaq başımızın bəlası böyük olacaqdır. Bugün, Tehran bu şayiələrlə qollarımıza vurduğu zəncirə haq qazandırmağa çalışdığı kimi, sabah, iki ırqçı məngənənin içində sıxışaraq qanımızı su kimi axacaqlar. Yoguslavyadakı Sırb ırqçiliğinin yaratdığı dünənki faciə sabah başımıza gəlməsin diyə, millətin, özünü müdafiə etməyə hazılaşmaqdan başqa çarəsi yoxdur.

                     25.07.2010