Son
aylarda Güney Azərbaycanda
milli-mədəni fəallara qarşı növbəti silsilə həbslər həyata keçirilir. Həbs olunan şəxslərin harada və hansı şəraitdə saxlanmaları haqqında ailələrinə heç bir məlumat verilmir. Haqlarında həbs cəzası çıxarılan milli-mədəni fəalların məhkəmələri qapalı keçirilir.
AZƏRBAYCANRESPUBLİKASINDA YAŞAYAN GÜNEYLİ SİYASİ MÜHACİRLƏRİN İRAN
HÖKUMƏTİNİN AZƏRBAYCANLI MİLLİ-MƏDƏNİ FƏALLARA QARŞI TƏZYİQLƏRİ İLƏ BAĞLI
MÜRACİƏTİ
17/07/2010
Bilindiyi
kimi bu günİranın siyasi-coğrafi idarəçiliyi tərkibində olan Güney
Azərbaycanda 40 milyona yaxın türk yaşamaqdadır. Bunu 2002-ci ildə BMT-nin İran
üzrə nümayəndəsidə illik hesabatında təsdiqləyib.İran İslam Respublikası adı altında təmsil olunan siyasi rejim, öz tarixi
torpaqlarında yaşayan Azərbaycan türklərinə qarşı assimiliyasiya siyasəti aparır, onların milli-mədəni və insani hüquqlarını pozur, Azərbaycan türkləri milli mənsubiyyət, irq, dil və siyasi baxışlarına görə ayrıseçkiliyə məruz qalırlar.
İbtidai
insanhuquqları və milli-mədəni haqların tələbi ilə hər hansı dinc fəaliyyətlərə
əl atan insanlar rejimin təhlükəsizlik orqanları və başqa əlaqədar qurumlarının
basqıları, təqiblərinə məruz qalır. Onlar əsassız ittihamlarla, o cümlədən: “xarici
dövlətlərlə əməkdaşlıqda,allaha qarşı müharibədə,Açevriliş “cəhdində
günahlandırılaraq uzun müddətli həbslərə və işkəncələrə məruz qalırlar. Əksər
hallarda insanları özlərin müdafiə etmək üçün vəkil tutmaq hüquqları belə
tanınmır.
Mülki
və siyasi hüquqlar
haqqında Beynəlxalq
razılaşmaya görə
azadlıqdan məhrum
edilmiş bütün şəxslər insan şəxsiyyətinə xas olan humanist davranışvə ləyaqətə, hörmət edilməsi hüququna malik olsalar da,
azadlıqdan məhrum
olmuş milli-mədəni fəalların bu hüquqları da kobud şəkildə pozulur.
Son
aylarda Güney Azərbaycanda
milli-mədəni fəallara qarşı növbəti silsilə həbslər həyata keçirilir. Həbs olunan şəxslərin harada və hansı şəraitdə saxlanmaları haqqında ailələrinə heç bir məlumat verilmir. Haqlarında həbs cəzası çıxarılan milli-mədəni fəalların məhkəmələri qapalı keçirilir.
Biz,
bu müraciəti imzalayan şəxslərİslam cumhuriyyəti adlı rasist və diktator rejimin millətimizi milli və insani hüquqlardan mərum etməsini məhkum edir, heç kəsin işgəncəyə, qeyri-insani cəza növlərinə məruz qalmamalı olduğunu bəyan edən müxtəlif beynəlxalq sənədlərə, Birləşmiş Millətlər Təşkilatının İnsan huquqları
bəyannaməsinin prinsiplərinə istinad edərək, fəallara qarşı zorla tətbiq olunan həbslərə və işgəncələrə son qoyulmasını tələb edirik. Biz müraciəti
imzalayan Güney Azərbaycandan olan siyasi mühacirlər olaraq, onların qeyri-şərtsiz azadlığa buraxılması üçün beynəlxalq təşkilatların təxirəsalınmaz müdaxiləsini vacib hesab edərək, milli mənsubiyyət, irq, dil və siyasi baxışlarına görə ayrıseçkiliyə məruz qalmış azərbaycanlıların milli, siyasi, mədəni hüquqlarının bərpasına dəstək verilməsini zəruri bilirik.
Son
3 ayda həbs olunan 50 nəfər milli-mədəni fəaldan 17 nəfər ölkənin müxtəlif
şəhərlərindən İranın kəşfiyyat nazirliyinin Təbriz bölməsinin təcridxanasına
köçürülərək birnəfərlik kameralarda saxlanıldığı bəlli olub. Aşağıda adları
qeyd olunan həmin şəxslərin insani hüquqlarının qorunması, əssasız ittihamların
üzərlərindən götürülərək azadlığa buraxılmaları üçün ciddi addım atmanızı, İran
hökumətinə təzyiq göstərmənizi xahiş edirik.
16
iyul 2010
1- Ayət Mehrəlibəyli
Mədəni fəall. Mayin 10-da Təbriz yaxınlığında
Sofyan şəhərində şəxsi mənzilində həbs edilərək istintaq üçün Təbrizin
təhlükəsizlik idarəsinə aparılıb.
2- Aydın Xacei
Təbriz
Universitetinin hüquq fakultəsinin öyrəncisi, mədəni fəal. Mayın 19-da Təbrizdə
təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
3- Behbud Qulizadə
“Yaşıl Azərbaycan” qeyri hökumət təşkilatı
qurumunun katibi və mədəni fəal. mayın 21-də Qoşaçay şəhərinin “İmam Xomeyni”
küçəsindəki foto mağazasında təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
4- Bəhmən Nəsirzadə
Mayın
22-də müəllim və Şair Bəhmən Nəsirzadə (Araz) İran
təhlükəsizlik xidmətinin məmurları tərəfindən həbs edilib. Onlar B.Arazı
həbs edib və evində axtarış aparıblar.
5- Dr.Əlirza Əbdullahi
May
ayının 10-da İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) Urmu şəhərindəki şöhbəsinin
əməkdaşları tərəfindən iş yerində həbs edilib.
6- Mühəndis Şəhram Radmehr
Milli-mədəni
fəal, tələbə. 24-də Meşgin şəhərində təhlükəsizlik xidmətinin yerli əməkdaşları
tərəfindən həbs edilərək istintaq üçün Təbrizin təhlükəsizlik xidmətinin yerli
bölməsinə göndərilib.
7- Dr.Lətif Həsəni
Beynəlxalq hüquq doktoru, Kərəc şəhərinin ali
təhsil ocaqlarının müəllimi Dr.Lətif Həsəni mayın 24-də Tehranda həbs edilib.
8- Əkbər Azad
yazıçı,
jurnalist və tanınmış milli-siyasi fəal . Mayın 25-də Tehranda öz şəxsi
mənzilində həbs edilib.
9- Həmidə Fərəczadə
Qadın hüquq müdafiəçisi, milli-mədəni fəal, yazıçı. May
ayının 26-da Urmu şəhərində həbs edilib.
10- Heydər Kərimi
İranın
Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) Xoy şəhərindəki şöbəsinin əməkdaşları iyunun 8-də Heydər Kərimini atasının evində həbs ediblər.
11- Mühəndis Mahmud Fəzli
Milli-mədəni fəal, tələbə. İyun ayının 8-də İran hökumətinin Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.
12- Nəim Əhmədi
Milli-mədəni fəal, tələbə və gənc bloqçu. İyun ayının
14-də İran hökumətinin Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.
13- Mühəndis İbrahim Rəşidi
Jurnalist , bloqçu. İyun ayının 14-də Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) Ərdəbil şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.
14- Yunis Süleymani
Həmədan
Universitetinin tələbəsi, milli-mədəni fəal. Hökumətin Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) Ərdəbil şöbəsinin əməkdaşları tərəfindən iyunun 17-də həbs edilib.
15- Zəhra Fərəczadə
Qadın
hüquq müdafiəçisi, mədəni fəal. İyun ayının 19-da İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Təbriz prokurorluğunda tutubub.
Azərbaycan milli kimliyi uğrunda apardığı
dinc mübarizəyə görə mayın 10-da Güney Azərbaycanın Sofiyan şəhərində saxlanaraq həbs olunan fəal Ayət Mehrəlibəylinin həyat yoldaşı , mayın 26-da Urmu
şəhərində həbs edilən qadın hüquq müdafiəçisi Həmidə Fərəczadənin baqcısıdır.
16- Şükrüllah Qəhrəmani
Milli-mədəni
fəal, müəllim. İyunun 22-də İran hökumətinin Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.
17- Həsən Rəhimi Bəyat
Hüquq müdafiəçisi, milli-mədəni fəal. İyulun
3-də Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) əməkdaşları
tərəfindən Tehran şəhərində həbs edilib.
Müraciəti imzalayan Bakıda yaşayan güneyli siyasi
mühacirlər:
1- Cavidan Elbars
2- P-Urumçu
3- Taymaz Dizəli
4- Bəhmən Əkbəri (Otaylı)
5- Yədulla Kənani(Nəminli)
6- Nəbi Soytürk
7- Pərviz Əhmədzadə
8- Ağrı Qaradağlı
9- Əli Nicat
10- Əli Süleymani
11- Rəhim Cavadbəyli
12- Hüseyn Yurd
13- Sirus Azadi
14- Əlirza Amanbəyli
15- Attila Maralanlı
16- Həsən Səfəri
17- Sayman Aruz
18- Araz Obalı
19- Əhməd Nəzəri
20- İsmayıl Miyanalı
21- Yusif Şəbani
22- Seyfəli Zakiri
23- Calal Musapur
24- Şahdust Mirzayi(Babək Muğanlı)
25- Barışmaz Calaloğlu
26- Alpay Soytürk
27- Tural Atabəy
28- Ramin Yaşar
29- İbrahim Şizi
30- Səid Zənganlı
31- İmaməli Ərəbşahlu
32- Hatəm Germili
33- Məhəmməd Purmuxtar
34- Vahid Vahidli
35- Məhəmməd Qarabağlı
36- Həsən Məhdəvi
37- Behruz Qureyşlu
38- Cavad Həmədanlı
39- Həmzə Muğanlı
Müraciət Azərbaycan Respublikasının dövlət məsulları,
Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkə səfirlikləri,
beynəlxalq təşkilatların nümayəndəliklərivə Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə
ünvanlanır:
1- Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab
Oxtay Əsədov
2- BMT-nin Bakı ofisinin rəhbəri cənab Bruno Pueza
3- Avropa
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisinin rəhbəri Əli Bilgə
Cankorel
4- Avropa Şurasının Bakı ofisinin rəhbəri Veronika Kotek
5- Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia
6- Azərbaycan Respublikasının Ombudsmanı Xanım Elmira Süleymanova
7- Helsinki Vətəndaş Hüquqlarını Müdafiə Assambeliyasının
sədri xanım Arzu Abdulla
13- Almaniya Federativ RespublikasınınAzərbaycan respublikasındakı səfiri cənab Per Stankinan
14- İsrailin Azərbaycan Respublikasındakı səfiri cənab Mixael Lavon-Lotem
15- Norveç Krallığının Azərbaycan Respublikasındakı səfiri
cənab Yon Ramberq
Kütləvi informasiya vasitələri: AZT-nin rəhbəri Arif Alışanov -
İCTİMAİ TV-nin rəhbəri İsmayıl Ömərov-ANS
TV-nin rəhbəri Vahid Mustafayev- ATV-nin rəhbəri Tağı İbrahimov - LİDER TV-nin rəhbəri Ədalət Əliyev- SPACE
TV-nin rəhbəri Vaqif Mustafayev- XƏZƏR TV-nin rəhbəri Asəf
Hacıyev
AZƏRTAC Dövlət İnformasiya agentliyinin rəhbəri Aslan Aslanov - APA agentliyinini
rəhbəri Vüsalə Mahirqızı - TURAN agentliyinin rəhbəri Mehman Vəliyev - TREND Beynəlxalq İnformasiya agentliyininin
rəhbəri İlqar Hüseynov - OLAYLAR agentliyinini rəhbəri Yunus Oğuz - MEDİA FORUM
agentliyinini rəhbəri Azər Qaraca - LENT.AZ agentliyinini rəhbəri Qabilı
Hüseynli
“AZƏRBAYCAN” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov - “YENİ
AZƏRBAYCAN”qəzetinin baş redaktoru
Hikmət Məmmədov - “AYNA” qəzetinin baş redaktoru Elçin Şıxlı - “YENİ MÜSAVAT”
qəzetinin baş redaktoru Rauf Arifoğlu - “AZADLIQ” qəzetinin baş redaktoru Qənimət
Zahid - “525-Cİ QƏZET” qəzetinin baş redaktoru Rəşad Məcid - “ŞƏRQ” qəzetinin baş redaktoru Akif Aşırlı -
“OLAYLAR” qəzetinin baş redaktoru Yunus Oğuz “EKSPRESS” qəzetinin baş redaktoru
Qəzənfər Bayramov - “HƏFTƏ İÇİ” qəzetinin baş redaktoru Sevinc Seyidova - “MƏRKƏZ”
qəzetinin baş redaktoru Şirzad Məmmədli - “XALQ CƏBHƏSİ” qəzetinin baş
redaktoru Elçin Mirzəbəyli - “BİZİM YOL” qəzetinin baş redaktoru Bahəddin
Həziyev - “BAKI XƏBƏR” qəzetinin baş redaktoru Aydın Quliyev - “TÜRKÜSTAN”
qəzetinin baş redaktoru Aqil Camal